Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici dövlətlər tərəfindən maliyyələşdirilən qeyri-kommersiya təşkilatları xüsusi reyestrə daxil ediləcək

Xarici dövlətlər tərəfindən maliyyələşdirilən qeyri-kommersiya təşkilatları xüsusi reyestrə daxil ediləcək


Qırğızıstanda xarici dövlətlər tərəfindən maliyyələşdirilən siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatları xarici dövlətlərin nümayəndəliyi statusu alacaq və xüsusi reyestrə daxil ediləcək.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bu barədə məlumat ölkə prezidenti Sadir Japarovun Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenə göndərdiyi məktubda əksini tapıb.

Qeyd edilib ki, bununla bağlı qanun layihəsi 2022-ci ilin noyabrında hazırlanıb. Qanun qeyri-kommersiya təşkilatlarına nəzarətin gücləndirilməsini nəzərdə tutur. Təşəbbüskarların fikrincə, belə bir layihə qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin açıqlanmasını təmin etmək üçün zəruridir. Sənəddə belə təşkilatlardan vaxtaşırı maliyyə mənbələri barədə hesabat vermələrinin tələb olunduğu və onların maliyyə əməliyyatlarının kommersiya sirri olmayacağı qeyd edilir.

Qeyd edək ki, prezident Japarovun Blinkenə ünvanladığı məlumat xarakterli məktubu bu gün xarici işlər naziri Jeenbek Kulubayev ABŞ-ın Qırğızıstandakı səfiri Lesli Vigeri ilə görüşündə baş diplomata təqdim edib.

Mehman Mehdiyev
Xəbəri paylaş