Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Baş Qərargah rəisi Rusiyaya qarşı güc nümayiş etdirə biləcəkmi?

Yeni Baş Qərargah rəisi Rusiyaya qarşı güc nümayiş etdirə biləcəkmi?


Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin dəyişdirilməsi Rusiya ilə müharibədə vəziyyəti heç də Kiyevin xeyrinə dəyişməyəcək. Çünki vəziyyətin kökündən dəyişməsi üçün Ukraynanın ciddi şəkildə hərbi dəstəyə ehtiyacı var.

Bu fikirlər "Xəbər Mərkəzi" Anaıitik Qrupun açıqlamasında yer alıb. Analtik Qrupdan Newscenter.az-a daxil olan məlumata görə, yeni qərərgah rəisinin bir müddət hərbi qüvvələr balansını müəyyən etmək, cəbhədəki vəziyyəti öyrənmək və onun təhlilini aparması müəyyən zaman alacaq:

"Bu zaman müddəti isə heç şübhəsiz ki, Rusiyanın xeyrinı olacaq və Ukraynaya qarşı başlamış olduğu müharibənin ikinci ildönümündə Moskvaya yeni ərazilər zəbt etmək şansı verə bilər".

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Serhiy Şaptala tutduğu vəzifədən azad olunub. Ukrayna prezidenti Volodimir Zelenski general-mayor Anatoli Barhileviçi yeni Baş Qərargah rəisi təyin edib.

Mehman Mehdiyev
Xəbəri paylaş