Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocavənddə partlayış olub, xəsarət alan var

Xocavənddə partlayış olub, xəsarət alan var


Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb.

Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş