Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan QHT sədri Dünya Rekordu Sertifikatına layiq görülüb-FOTOLAR

Azərbaycandan QHT sədri Dünya Rekordu Sertifikatına layiq görülüb-FOTOLAR


"Milli İnkişaf" İctimai Birliyinin sədri, professor, iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı Dünya Rekordu Sertifikatına layiq görülüb.

Newscenter.az xəbər verir ki, Arzuman Muradlı ictimai sektor, eləcə də sahibkarlıq sahəsində fəaliyyətinə görə, təltif edilib.

"Siz zəhmətinizə, fədakarlığınıza və əla xidmət göstərməkdə verdiyiniz töhfəyə görə xüsusi mükafata layiq görülmüsünüz. Səyləriniz sizi başqaları arasında unikal bir fərd kimi fərqləndirdi. Sizin dəyərli töhfəniz nəinki başqalarını ruhlandırdı, həm də fədakarlığı, sahibkarlığı, iş yerlərinin yaradılması və sosial məsuliyyəti təşviq etdi",-deyə sertifikatı təqdim edən münsiflər heyətinin açıqlamasında vurğulanır.

Qeyd edək ki, Arzuman Muradlının adı həm də London Dünya Rekordlar Kitabəna daxil edilib. Arzuman Muradlı Azərbaycandan ilk dəfə sözügedən sertifikata layiq görülən və London Dünya Rekordlar Kitabına adi daxil edilən şəxsdir.

Süleyman
Xəbəri paylaş