Naxçıvan bir tarixdir, Azərbaycan tarixinin qızıl dövrüdür. Bu tarixi əks etdirən araşdırmalar, tədqiqatlar günümüzdə də davam edir. Hər araşdırma, hər tədqiqat özüylə bir yenilik üzə çıxarır.
Naxçıvanın çoxəsrlik və müasir tarixi ilə bağlı siyasi elmlər doktoru, professor Vaqif Abdullayev də zamanla silsilə yazılar, məqalələr dərc edib. Muxtar Respublikanın 100 illiyi ərəfəsində Vaqif Abdullayevin 2019-cu il, fevral ayının 11-də qələmə aldığı məqalənin aktuallığını nəzərə alaraq onu yenidən oxucuların diqqətinə çatdırırıq.
Azərbaycanın dövlətçilik tarixində mühüm rolu və yeri olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ili tamam oldu.
Çoxəsrlik dövlətçilik ənənələri, sivilizasiya və tarix-mədəniyyət beşiyi olan Naxçıvan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatına zəngin töhfələr vermiş, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.
Naxçıvan torpağı Azərbaycana, dünyaya, xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Ümumimlli lider Heydər Əliyevi bəxş edib.
Naxçıvanın milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır.
Respublikamızın müstəqillik tarixinin başlanğıc nöqtəsi məhz Naxçıvandır. Böyük dövlət xadimi Heydər Əliyev 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparması ilə Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsi yarandı.
Heydər Əliyevin Naxçıvana gəlişi ilə Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim diyar işğal təhlükəsindən xilas edildi, ermənilərin muxtar respublikanı dünyadan təcridetmə siyasəti iflasa uğradı, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı.
Müstəqil Azərbaycanın simvollarından olan üçrəngli bayrağımız ilk dəfə məhz Ulu öndər tərəfindən Naxçıvan Ali Məclisində dalğalandı...
Ümummilli lider Naxçıvanın düşmən təcavüzündən qorunmasında, blokada şəraitində olmasına baxmayaraq region ölkələri ilə sıx inteqrasiyasında və inkişafında gərgin əmək sərf etmiş, Onun müdrik siyasi qərarları Naxçıvanın bu günkü tərəqqi və yüksək rifaha çatmasına səbəb olmuşdur.
Ulu öndər Heydər Əliyevin quruculuq salnaməsinin şah əsərlərindən olan Naxçıvan Muxtar Respublikası Onun uzaqgörən qətiyyəti sayəsində möhkəm sabitlik yoluna qədəm qoydu, milli inkişafın əsasları yaradıldı.
Prezident İlham Əliyevin Muxtar Respublikaya hər zaman yüksək diqqət və qayğı göstərmiş, ötən 16 il ərzində muxtar respublikaya 10-dan artıq səfər etmiş, hər zəfəri sevins hissi və əlamətdar hadisələrlə yadda qalmışdır.
Cənab İlham Əliyev Naxçıvanda 100-dən çox mühüm obyektlərinin açılışında iştirak etmiş, Onun müəllifi olduğu uğurlu inkişaf strategiyası Naxçıvanda aparılan genişmiqyaslı, möhtəşəm abadlıq-quruculuq işlərinə öz zəngin töhfələrini verməkdədir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor