Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, ciddi düşünülmüş bir təxribatdır

Bu, ciddi düşünülmüş bir təxribatdır


"Ermənistan ordusunun Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində mövqelərimizi atəşə tutaraq bir hərbçimizin yaralanmasına səbəb olması sıradan bir sərhəd pozuntusu deyil. Bu, ciddi düşünülmüş bir təxribatdır və bir neçə məqsədə xidmət edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, başlıca məqsədlərdən biri son aylarda Azərbaycanla Ermənistan arasında bərqərar olmuş nisbi sabitliyi və kövrək etimadı sabotaj etmək və Cənubi Qafqazda növbəti hərbi eskalasiya üçün zəmin hazırlamaqdır:

"Atəşkəsin pozulması eyni zamanda Zəngəzur dəhlizinin açılması istiqamətindəki səylərimizin təxirə salınmasına xidmət edir. Dəhlizin açılmasının lehinə və əleyhinə olan qlobal güclərin maraqları bu nöqtədə toqquşur. Ermənistandan isə sadəcə alət kimi istifadə olunur".

Komitə sədri deyib ki, sərhəddə baş vermiş silahlı insident həmçinin Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının da maraqlarına uyğun gəlir:

"Bu insidentdən sonra sözügedən missiya Ermənistanda fəaliyyətlərini davam etdirməyin həyati əhəmiyyət daşıması barədə pafosla danışmağa başlayacaq. Halbuki atəşkəsin pozulması məhz Aİ-nin Monitorinq Missiyasının fəaliyyətsizliyinin nəticəsidir. Monitorinq Missiyası Ermənistanın silahlanmasına və revanşizmə can atmasına göz yumur".

Süleyman
Xəbəri paylaş