Qazaxıstanda dövlət satınalmaları proseduru sadələşdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə tapşırığı ölkənin Baş naziri Oljas Bektenov verib.
O, dövlət satınalmalarını köklü şəkildə sadələşdirməyi və sürətləndirməyi, yerli malların payını artırmağı tapşırıb,
Hökumət başçısı qeyd edib ki, mövcud prosedurlar çox vaxt dövlət satınalmaları prosesində qəsdən ləngimələrə gətirib çıxarır, nəticədə yeni layihələrin icrası və bütövlükdə iqtisadiyyatın inkişafı ləngiyir.
Oljas Bektenov dövlət orqanlarına qısa müddət ərzində ekspertlər və biznes ictimaiyyəti ilə birlikdə lazımi tədbirləri işləyib hazırlamağı və parlamentdə baxılan qanunvericilik dəyişikliklərinə daxil etməyi tapşırıb.
Natiq Orucov