Ermənistan məktəblərində kriminogen durum getdikcə gərginləşir.
Newscenter.az news.am-a istinadən bildirir ki, paytaxt İrəvandakı orta məktəblərdə demək olar ki, hər gün şagirdlərin iştirakı ilə kütləvi dava baş verir.
Bu gün paytaxt İrəvan məktəblərindən birində şagirdlər arasında daha bir kütləvi dava olub. Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, 14 yaşlı məktəblilər arasında baş verən dava nəticəsində bir neçə məktəbli kəsici-deşici alətlə xəsarət alıb.
Çexov adına 55 saylı ibtidai məktəbin ərazisində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb.
Mehman Mehdiyev