Ermənistanda ictimai-siyasi fəallara qarşı təzyiqlər artmaqdadır.
Newscenter.az news.am-a istinadən bildirir ki, bu gün daha bir ictimai-siyasi fəal fiziki zorakılığa məruz qalıb. Məlumata görə, “Ləyaqət” təşəbbüsünün rəhbəri Rafael Ayvazyan paytaxt İrəvanda naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Belə ki, Ayvazyan idarə etdiyi avtomobillə hərəkətdə olarkən avtomobili arxadan digər avtomobillə vurulub. O, maşından düşüb avtomobilini vuran sürücü ilə danışmağa başlayanda, bu zaman 3 nəfər maskalı şəxs ona hücum edərək döyüb. Ayvazyana ciddi bədən xəsarəti yetirən naməlum şəxslər ərazidən dərhal uzaqlaşmağa müvəffəq olublar.
Rafael Ayvazyanın ciddi bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi məlum olub.
Mehman Mehdiyev