"Gürcüstanla Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətləri elə xarakter daşıyır ki, hər iki ölkəni bu münasibətləri həmişə yüksək səviyyədə saxlamağa sövq edir. Gürcüstanda hakimiyyətin dəyişməsinin ikili münasibətlərdə dəyişiklik etmək
və hansısa yeni müstəvidə formalaşdırmaq istəklərinin ancaq yaxşıya doğru olacağını hesab edirik".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, hazırda mövcud geosiyasi durum da bunu tələb edir:
"Hər iki ölkə qarşılıqlı olaraq bir-birilərini maraqlarını gözləsin və müdafiə etsin.
Fransanın Azərbaycana qarşı fəaliyyəti fonunda Gürcüstanın Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi imzalaması müəyyən fikirlər formalaşdırır ki, Gürcüstan Ermənistanın silahlanması prosesinə dəstək vermək istəyi olması faktı var və Azərbaycan tərəfindən bu yaxşı qarşılanmır. Gürcüstan bunu nəzərə alaraq öz xarici siyasətini qurmalıdır. Hesab edirik ki, Gürcüstanın yeni hakimiyyəti də sələflərinin tutduğu yolla gedəcək və iki ölkənin münasibətlərinin daha da inkişaf etməsinə öz töhfəsini verəcəkdir".
Süleyman