Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanla Azərbaycan arasında strateji əlaqələr mövcuddur

Gürcüstanla Azərbaycan arasında strateji əlaqələr mövcuddur


"Gürcüstanla Azərbaycan arasında tarixən yaxın və strateji əlaqələr mövcuddur. Bu əlaqələr qarşılıqlı maraqlara və xalqların dostluğuna söykənir".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Gürcüstanın yeni hökumətinin Azərbaycanla hansı istiqamətdə münasibətlər quracağını şərh edərkən səsləndirib.

O bildirib ki, bu ölkənin ən çətin vaxtlarında Azərbaycan hər zaman həm enerji, həm də regional əməkdaşlıq istiqamətində Gürcüstanla möhkəm əlaqələr qurub:

"Əvvəlki dönəmlərdə də Gürcüstanda hökumət dəyişib və Azərbaycanla normal və işgüzar əlaqələr qalmışdır. Böyük ehtimal yeni hökumətdən sonra da bu əməkdaşlıq uğurla davam edəcək. Gürcüstandakı indiki hökumət və baş nazir yeni komanda olduğundan yəqin ki, yeni əlaqələrin qurulması müəyyən zaman alacaq, lakin sonradan bu əvvəlki normal məcrasına düşəcək".

Anar Əliyev
Xəbəri paylaş