İran və digər perspektivli tərəfdaş dövlətlərdə Avrasiya İqtisadi İttifaqının ticarət evi açılacaq.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət üzrə nümayəndəsi Andrey Slepnev deyib. Onun sözlərinə görə, ötən ilin sonunda İranla onun bazarında eksklüziv şərtlərlə azad ticarət haqqında tam formatlı saziş bağlanıb:
"Müvəqqəti razılaşma dövründən sonra biz ticarəti iki dəfə artırdıq. Daimi saziş qüvvəyə mindikdən sonra qısa müddətdə bu məbləği yenidən təkrarlayacağıq. İranla ticarət əlaqələrimizin 18-20 milyard dollara çatdırılmasını gözləyirik. hazırkı 6 milyard dollarlıq göstərici təxminən üç il ərzində 12 milyard dollara çatacaq",-deyə Andrey Slepnev bildirib.
Natiq Orucov