Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda dağıdıcı zəlzələ gözlənilir?

Qazaxıstanda dağıdıcı zəlzələ gözlənilir?


Bir müddət əvvəl Qazaxıstanın Almatı şəhərində baş verən nisbətən güclü zəlzələdən sonra şəhər əhalisi arasında yaranan təşvişə ölkənin Seysmoloji Monitorinq və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi son qoyub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən mərkəz Almatıda seysmik vəziyyətin stabil olduğunu açıqlayıb.

Mərkəzin direktoru Daulet Sarsenbayev deyib ki, mütəxəssislərimiz yer qabığında 200-ə yaxın “dağıdıcı” prosesi tədqiq edərək belə qənaətə gəliblər:

"Almatıda 5,5 və daha çox bal gücündə zəlzələ olmayacaq”, - deyə Daulet Sarsenbayev bildirib.

Sarsenbayevin sözlərinə görə, vətəndaşlar zəlzələlər və digər fövqəladə hallar zamanı bütün prosedur qaydalarını aydın şəkildə bilməlidirlər.

Anar Əliyev
Xəbəri paylaş