Qafqaz Müsəlmanları İdarəsinin qarşıdan gələn Həcc mövsümü üçün yeni qiymətləri açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Qiymətlərin nəzərə çarpacaq dərəcədə artması, bir nəfər üçün təxminən 10 min manata yaxın müəyyən edilməsi müəyyən narazılıq yaradıb. Bəziləri qiymət artımında QMİ-ni, bir qism isə Səudiyyə hökumətini günahlandırır.
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Ceyhun Məmmıədov hesab edir ki, Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Millət vəkilinin qənaətincə, ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır:
"Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir".
Sosial mediada həclə bağlı gedən müzakirələrə gəldikdə isə,Ceyhun Məmmədovun qənaətincə, hər kəs bilməlidir ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq həcc ibadətini yerinə yetirməlidir:
"Bu islamın vacib şərtlərindən biridir".
Ceyhun Məmmədov, "Həccə verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə söhbət ikinci dəfə həcdən gedirsə, bəli həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür",-deyə bildirib.
Süleyman
Sonda isə hesab edirəm cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var.
Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əlavə “əllaməlik” etməyə ehtiyac yoxdur. Çünki hesab o dünyada çox ağır olacaq.