Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhəd təxribatı Aİ-nin Mülki Missiyasının da işi ola bilər

Sərhəd təxribatı Aİ-nin Mülki Missiyasının da işi ola bilər


Zəngilan istiqamətində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin mövqelərinin atəşə tutulması və bir hərbiçimizin yaralanması Azərbaycan-Ermənistan sərhədində müşahidə həyata keçirən Avropa İttifaqının Mülki Missiyasının da təxribatı ola bilər.

Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında əksini tapıb. Bildirilib ki, bir müddət əvvəl missiyanın tərkibində yer alan Çexiya vətəndaşının Azərbaycana keçmək cəhdi bu təxribatın tərkib hissəsi idi:

"Avropa İttifaqının Mülki Missiyasının əsas fəaliyyəti ona yönəlib ki, Azərbaycanla Ermənistan arasında qarşıdurma, müharibə yenidən başlasın. Nəticədə bu missiyanın əsas təşəbbüskarı olan Fransa və Almaniya Cənubi Qafqaza yerləşməyə nail olsun".

Analitik Qrup hesab edir ki, əks halda missiya Ermənistan tərəfinin atəşkəsi pozması və Azərbaycanın mövqelərini atəşə tutması barədə açıqlama yayardı.

Anar Əliyev
Xəbəri paylaş