"Tehran çalışır ki, həm Azərbaycan ərazisindən Rusiyaya, həm də Ermənistan ərazisindən Avropaya çıxışı təmin etsin".
Newscenter.az news.am-a istinadən bildirir ki, bunu İran və Avrasiya Araşdırmaları İnstitutunun eksperti Qodratullah Şafi deyib.
Onun sözlərinə görə, Dehlinin də bu mənada istəyi Tehranın istəyi ilə üst-üstə düşür:
"Hindistanın da istədiyi budur ki, o da İran, daha sonra Ermənistan və Gürcüstan vasitəsilə Avropaya daxil olmaq istəyir",-deyə Şafi xatırladıb.
İranlı tədqiqatçı Azərbaycan ərazisindən keçən yolun gələcəyi barədə nikbin düşünmədiyini deyib:
"Azərbaycan ərazisindən keçən yolun nə vaxt açılacağı hələ məlum deyil, bu, illər çəkə bilər. Çünki bu layihə çərçivəsində İranda 100 km uzunluğunda dəmir yolunun tikintisi lazımdır".
Mehman Mehdiyev