Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Təhsil haqqında" Qanuna yeni əlavə edilməsi təklif olunur

"Təhsil haqqında" Qanuna yeni əlavə edilməsi təklif olunur


Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Newscenter.az-ın xəbərinə görə, komitənin sədri Bəxtiyar Əliyev iclası açaraq bildirib ki, dünən Mərkəzi Seçki Komissiyası ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinin nəticələrini təsdiq edib.

Komitə sədri mötəbər beynəlxalq təşkilatların, bir çox dünya ölkələrinin müşahidəçilərinin iştirak etdiyi seçkilərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçicilərin 92,12 faiz səsini qazanaraq, yenidən Prezident vəzifəsinə seçildiyini vurğulayıb. O, qeyd edib ki, ölkəmizdə keçirilən azad, demokratik, şəffaf seçkilərdə Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini ifadə edərək, ölkəmizin xoşbəxt gələcəyinə, müstəqil, qüdrətli dövlət kimi inkişafına səs verib.

Sonra Bəxtiyar Əliyev bildirib ki, iclasın gündəliyinə bir məsələ - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda daxil edilib.

Qanun layihəsi məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.
Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, sənəddə "Təhsil haqqında" Qanuna 11.3-2-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.
Onlayn iclasda təqdim edilən qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Süleyman
Xəbəri paylaş