Fevralın 12-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə növbəti dəfə şəhid ailələrinin, qazilərin, habelə müraciət edən seçicilərinin qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılmış müxtəlif məzmunlu sosial, humanitar, təhsil kimi müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub. Digər müraciətlərin həlli məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə məktublar göndərilib, araşdırılması vaxt tələb edən müraciətlərin hər biri nəzarətə götürülməklə, onların da həlli istiqamətində müvafiq addımlar atılır.
Eləcə də, qəbul zamanı müraciət edən vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilib. Vitse-spiker bildirib ki, ünvanına daxil olan vətəndaş müraciətlərinin hər birinin həlli məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə bütün addımlar atılır.
Qəbul zamanı vətəndaşlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə təkrar dövlət başçısı seçilməsindən məmnunluqlarını ifadə edərək, sevinclərini bölüşüblər.
Süleyman