Ukraynada maraqlı proseslər baş verir. Prezident Volodimir Zelenskinin ali baş komandanı Zalujnini vəzifədən azad etməsi hərbi amillə əlaqələndirilsə də, əslində bu dəyişikliyin arxasında siyasi amilin dayandığı iddia edilir. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Ukrayna Silahlı qüvvələrinin ali baş komandanı Zalujninin istefaya göndərilməsi onun siyasi iddialar ortaya qoymasından irəli gəlir:
"Ukrayna qoşunlarının cəbhədə uğurlu əks-hücumlarından sonra Zalujninin siyasətə qarışması, siyasi hakimiyyəti tənqid etməsi, Zelenskiyə alternativ kimi göstərilməsi orduda fikir ayrılıqları yaratmışdı. Quru qoşunlarının komandanı Sırıskinin silahlı qüvvələrin ali baş komandanlığına gətirilməsi, ordu ilə siyasi hakimiyyət arasında siyasi problemə son qoyacaq və ordu yalnız öz işi ilə məşğul olacaq".
Politoloq deyib ki, Prezident V. Zelenski bununla ordunun siyasi hakimiyyətə qarışmasının qarşısinı aldı:
"İkincisi, getdikcə siyasi nüfuzu artan Zalujnini proseslərdən uzaqlaşdirdi. Üçüncüsü, ordunun əks -hucum əməliyyatları bir nəfərin deyil, birbaşa siyasi hakimiyyətin qərarı ilə həyata keçiriləcək. Çünki, Zalujnin ordunun siyasi qərar vermə səlahiyyətini əlində cəmləşdirmişdi".
Süleyman