Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana qarşı tuşlanan silah təkcə İrəvanlıq deyil

Azərbaycana qarşı tuşlanan silah təkcə İrəvanlıq deyil


"Dünən Ermənistan tərəfindən Azərbaycanın mövqelərinin atəşə tutulması təxribatdır və hər iki ölkə arasında normallaşma istiqamətində göstərilən cəhdlərə ciddi zərbədir. Mən şübhə etmirəm ki, İrəvanın bu təxribatının arxasında xarici güclər dayanır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, məqsəd regionda gərginliyi daha da şiddətləndirmək, Azərbaycanı yeni bir silahlı münaqişəyə çəkməkdir:

"Bəzi xarici dairələrin rəsmi Bakıya qarşı davamlı diplomatik təzyiqlərin fayda vermədiyini anlayıb daha təhlükəli varianta əl atdıqları aydın görünür. Azərbaycan ordusu düşmənin və onun havadarlarının istənilən məkirli planlarını alt-üst etməyə qadirdir və son təxribat mənbələrini məhv etməklə bunu bir daha sübut etdi".

Əi Oruclu, "Zənn etmirəm ki, indiki durumda Ermənistan Azərbaycana qarşı yeni bir savaş açmağa cəsarət etsin. Şərti sərhəddə ermənilərin ordumuza qarşı silah işlətməsi özü də Qərb müşahidəçilərinin məsuliyyət zonasında bəzi suallar doğurur. Qərb ya bu təxribatların birbaşa iştirakçısıdır, ya da daha təhlükəli planlarının tərkib hissəsi işə salınıb. Görünən odur ki, Azərbaycana qarşı tuşlanan silah təkcə İrəvanlıq deyil. Amma bunun genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracağını ehtimal etməsəm də tərəflər arasında çox kövrək münasibətləri dalana dirəyə bilər. Rusiya və Avropa Birliyi artıq tərəfləri təmkinli olmağa çağırıb. Bu həmişəki kimi ədalətli yanaşma deyil. Çünki Ermənistan atəş açıb. Bu hal pislənməli və etiraz doğurmalıydı. Təəssüf ki, bunu görmədik",-deyə söyləyib.

Süleyman
Xəbəri paylaş