Fevralın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Naxçıvanın incəsənət nümayəndələrinin konserti keçiriləcək.
Newscenter.az "Şərq qapısı"na istinadən bildirir ki, musiqili gecədə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.
Naxçıvanın incəsənət nümayəndələrini Naxçıvan Musiqi Kollecinin müəllimi, Əməkdar artist Elman Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.
Konsertdə Azərbaycan Respublikasının əməkdar artistləri-Vilayət İsmayılov və NDU- nin müəllimi Tural Nəcəfovun, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri-Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova və NDU-nin müəllimi Aqib Seyidovun (kamança), Respublika və beynəlxalq müsabiqələrin QRAN PRİ və Prezident mükafatçısı, NDU -nun müəllimi Sevinc Babayeva (qanun) və Respublika və beynəlxalq müsabiqələrin laureatı, NDU -nun müəllimi solist İlkin Abdullayevin ifaları təqdim olunacaq. Musiqi şölənində, həmçinin Xalq artisti Gülyanaq Məmmədova da əsərlər ifa edəcək.