Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bundan sonra da həyata keçirdiyiniz siyasətin əsas təbliğatçısı, əskəri olacağıq"

"Bundan sonra da həyata keçirdiyiniz siyasətin əsas təbliğatçısı, əskəri olacağıq"


Newscenter.az veb-saytının təsisçisi və baş redaktoru Ruhiyyə Mehdiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik ünvanlayıb.

Newscenter.az xəbər verir ki, təbrikdə deyilir:


Möhtərəm Cənab Prezident!

Sizi 07.02.2024-cü il tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmanız münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə qarşıdakı illərdə də Azərbaycanımızın çiçəklənməsi, daha da inkişaf etməsi istiqamətində yorulmaz fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. Ötən 21 il ərzindəki Azərbaycan dövlətinin hərtərəfli inkişafı, tərəqqi əldə etməsi, nailiyyətlər qazanması, zəfərlərə imza atmasında ortaya qoyduğunuz siyasi iradə, güc, qüvvət əminik ki, bundan sonra da davam edəcək və ölkəmiz Sizin rəhbərliyiniz altında bundan sonra da yalnız inkişaf yolu ilə gedəcək.

Cənab Prezident!

7 fevral seçkiləri və qazandığınız böyük qələbə həm də qalib dövlətin vətəndaşlarının vətənpərvər, fədakar və müdrik liderinə olan hədsiz etimadının göstəricisi idi. Siyasi qətiyyət və uğurlu diplomatik gedişlər, eyni zamanda sərkərdəlik bacarığınız sayəsində İkinci Qarabağ Müharibəsində Azərbaycanı qalib edən Ali Baş Komandana bu yüksək etimadı göstərmək xalqımızın həm də mənəvi borcu idi və Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də öz Lideri ətrafında birləşdiyini dünyaya nümayiş etdirdi.

Möhtərəm Prezident!

44 günlük Vətən müharibəsində Siz Ali Baş Komandan kimi təkcə Azərbaycan Ordusuna rəhbərlik etmirdiniz, eyni zamanda ölkəmizə qarşı erməni lobbisinin maliyyəsi ilə ayaq açan xarici KİV-lərin məkirli planları, informasiya mübarizəsinin önünü əzmlə kəsir, onları ifşa edirdiniz. Açıq şəkildə etiraf edirəm ki, həmin günlərdə bizim görəcəyimiz işləri, erməni yalanlarına qarşı informasiya cəbhəsində fəaliyyəti də bizdən daha çox Siz icra edirdiniz. Hər bir fəaliyyətiniz kimi bu fəaliyyətiniz, işinizlə də bizlərə örnək, nümunə oldunuz və bu bizə bir dərs oldu.

Cənab Prezident!

Sizi əmin edirəm ki, hər zaman olduğu kimi bundan sonra da media nümayəndəsi olaraq Sizin yanınızda yer alacaq, Azərbaycan dövlətinin daha da inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə atacağınız addımların, həyata keçirdiyiniz siyasətin əsas təbliğatçısı, əskəri olacağıq. Bir daha Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edir, Sizə Azərbaycan dövlətinin inkişafı, daha böyük zəfərlərə imza atması istiqamətindəki fəaliyyətinizdə uğur və nailiyyətlər arzulayıram.

Sona
Xəbəri paylaş