Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kılıçdaroğlu qrupu revanş götürəcək

Kılıçdaroğlu qrupu revanş götürəcək



Türkiyənin ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Patiyası (CHP) heç bir halda özünü toparlaya bilmir. Bir neçə seçkidə məğlub duruma düşən CHP-nin bu aqibəti yaşamasına səbəb kimi sabiq sədr Kamal Kılıçdaroğlu göstərilib onun istefasına nail olunsa da, lakin yeni rəhbərlik də partiyanı problemlər girdabından çıxara bilmir. Ən son partiyada yaşananlar bunu deməyə əsas verir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmərliyev də deyib ki, hazırda CHP daxilində böyük narazılıq var:

“Partiya qaynayır. Hətta bunun təsiri bələdiyyə seçkilərində də hiss olunur. AK Partiyanın namizədi Murad Kurum rəy sorğularında artıq Əkrəm İmamoğluna yaxınlaşır. CHP əlində tutduğu böyükşəhərləri - Ankara və İstanbulu itirsə bu yeni sədr Özgür Özələ olan inamı çox kəskin azaldacaq. Ehtimal ki, bu zaman partiya daxilində olan " Kılıçdaroğlu qrupu " revanş götürəcək.

Süleyman
Xəbəri paylaş