Hər zaman seçicilərinin müraciətlərinə və onların problemlərinə xüsusi həssaslıqla yanaşan Milli Məclisin deputatı Jalə Əhmədova hazırda Salyan rayonunda vətəndaş qəbulu keçirir. Vətəndaş qəbulu zamanı millət vəkili seçicilərini narahat edən məsələlər barədə onları dinləyəcək, həmin müraciətlərin həllinə çalışacaq.
Bu barədə məlumat Newscenter.az-a Jalə Əhmədovanın Deputat Qərargahından daxil olub. Bildirilib ki, millət vəkili qəbulu yekunlaşdırdıqdan sonra Salyan rayonunda yaşayan fiziki məhdudiyyətli şəxslərlə də görüş keçirəcək, onların qayğıları ilə maraqlanacaq.
Süleyman