"Azərbaycan-Ermənistan şərti dövlət sərhəddi hesab edilən ərazilərdə baş verən təxribat və ona Azərbaycanın cavabı region üzərində oyun quran güclər, eyni zamanda, erməni toplumu üçün müzakirə mövzusu olmalıdır. Onlar fikirləşməlidirlər ki, nə istəyirlər, xüsusən də, erməni toplumu. Kənar güclərin nə istədiklərini bildiyini hesab edirəm. Region üzərində nəzarət. Erməni toplumu bunu daha yaxşı götür-qoy etməlidir ki, onlar Azərbaycanla müharibə, yoxsa sülh istəyirlər. Azərbaycan hər iki varianta hazır olsa da, erməni toplumu buna hazırdırmı, bu maraq doğuran sualdır. Sülh, yoxsa müharibə?".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Ermənistanın son təxribatını şərh edərkən səsləndirib. O bildirib ki, sülhdən erməni toplumunun udacağı, müharibədən isə uduzacağı reallığı hamıya bəlli olsa da, erməni toplumu revanşist fikirlər arxasınca nədən qaçır o maraqlıdır:
"Hesab edirəm ki, erməni toplumu öz varlıq fəlsəfəsini tarixi səhvlərinin analizi üzərində yox, cəngəllik qanunlarının, yəni bioloji amillərin tətbiqi üzərində qurur. Onlar hələ bioloji varlıqdan sosioloji varlığa çevrilməyiblər. Hər yeri yaşamaq uğrunda mübarizə meydanı hesab edirlər. Cıngəllikdə də güclü varlığın yanında onun toxunmadığı zəif varlıqlar olur. Erməni toplumu özünü belə bir varlıq hesab edir və onu qoruyacaq güclü varlıq axtarır. Tapdığını zənn etsə belə, başa düşmür ki, hər bir varlıq öz növü, yəni soyu üçün çalışır. Zəiflər onlara hər an yem ola bilir. Amma insan cəmiyyəti sosioloji qanunlar, beynəlxalq qanunlarla idarə edilir. Burda zəif və güclü anlamı olsa da, özünü normal sivil apardıqca kimsənin onunla işi olmaz".
Azər Qasımovun sözlərinə görə, erməni toplumu müəyyən etməlidir ki, onlar hansı cəmiyyətin üzvü olmaq istəyirlər:
"Onda hesab edirəm ki, erməni toplumu rahatlıq tapacaq. Öz xisləti ilə mübarizə aparmaqdan qurtulub sakit inkişaf yoluna qədəm qoyacaq".
Süleyman