Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir

Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir


"Düşünürəm ki, Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir, özü də Aİ qüvvələrinin sərhəddə olduğu vaxtda".

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Ermənistanın son iki gündə həyata keçirdiyi təxribatlar barədə danışarkən səsləndirib. O bildirib ki, onların sayı getdikcə artır və onlar, yəni Ermənistan tərəfdən sərhədi izləyən Aİ nümayəndələri əlbəttə istənilən halda Ermənistanın tərəfini saxlayacaqlar:

"Hər hansı insident olan kimi ölkəmiz əleyhinə bəyanatlara başlayacaqlar. Bununla Azərbaycanı yeni münaqişəyə çəkmək və yeni müharibəni başlatmaq istəyirlər".

Politoloq deyib ki, Fransanın regionda təxribatları, öz tırlarını Xankəndinə keçirə bilməməsi, guya Qarabağda yaşayan ermənilərin hüquqları məsələsindən yenidən Azərbaycanla hərbi qarşıdurma yaratmaq istəyirlər:

"Xüsusən indiki həssas siyasi məqamda, Avropa İttifaqı ilə Azərbaycan arasında olan əlaqələrə zərər gətirmək məqsədi güdürlər. Bunu da edən və regionda vəziyyəti qarışdıran Makron və Paşinyan cütlüyüdür".

Anar Əliyev
Xəbəri paylaş