Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan həlak olan hərbiçilərinin adlarını açıqladı

Ermənistan həlak olan hərbiçilərinin adlarını açıqladı


Fevralın 12-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərini atəşə tutması və bir hərbiçimizin güllə yarası alması ilə nəticələnən təxibata cavab olaraq vefralın 13-də Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi "Qisas" əməliyyatı qarşı tərəfdə ciddi itkilərə səbəb olub.

Newscenter.az hraparak.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın cavab atəşi nəticəsində həlak olan hərbiçilərinin adlarını açıqlayıb. Nazirliyin məlumatından məlum olub ki, Azərbaycanın həyata keçirdiyi "Qisas" əməliyyatı nəticəsində 4 erməni hərbiçisi həlak olub. Bunlar 1974-cü il təvəllüdlü Edvard Hamletin Arutyunyan, 1982 təvəllüdlü Qaqik Varazdati Manukyan, 1979-cu il təvəllüdlü Arsen Gagiki Hambardzumyan və 1957-ci il təvəllüdlü Hraçya Taliş Hovhannisyandır.

Mehman Mehdiyev
Xəbəri paylaş