"Azərbaycan və Ermənistan liderlər səviyyəsində dəfələrlə görüşlər keçiriblər və bu görüşlərin nəticəsi olaraq müxtəlif istiqamətlərdə, istər xarici işlər nazirləri səviyyəsində, istərsə də sərhədlərin delimitasiyası ilə bağlı komissiya çərçivəsində təmaslar davam edir. Liderlərin görüşü üçün də prinsipcə elə bir problem yoxdur. Amma məsələ bundadır ki, görüş üçün ortada konkret məsələlər olmalıdır".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin görüşəcəyi barədə fikirləri şərh edərkən səsləndirib. O bildirib ki, Azərbaycanın təklifləri ortadadır:
"Ermənistan hər dəfə həmin təkliflərlə bağlı hansısa düzəlişlər etməyə cəhd edir. Özü də bu düzəlişlər üçün ona niyəsə aylarla vaxt lazım olur. Buraya Ermənistanın sürətlə silahlanmasını, öz hərbi sənayesini inkişaf etdirmək üçün milyardlarla dollar vəsat xərcləməsini, hələ də işğal altında qalan 8 kəndiizlə bağlı real addımlar atmamasını, eləcə də Ermənistanın müstəqillik haqqında konstitusiya aktında hələ də ərazilərimizə qarşı iddiaların olduğunu nəzərə alsaq deyə bilərik ki, Ermənistan sülhə hazır deyil. Sülhə hazır olmayan ölkə ilə sadəcə görüş xatirinə görüşməyin isə elə bir əhəmiyyəti yoxdur".
Yusif Bağırzadənin sözlərinə görə, Ermənistan sülh istəyirsə bunu real addımlarla sübut etməlidir6
"Paşinyan hər nə qədər Ermənistan hökumətinin sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var desə də görünən odur ki, bunlar siyasi manipulyasiyadan başqa bir şey deyil. Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olduğu ilə bağlı vaxtaşırı verdiyi bəyanatlar beynəlxalq ictimaiyyətdə Ermənistanın "sülhsevər" obrazını yaratmağa hesablanıb".
Süleyman