Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalşır

Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalşır


Xəbər verdiyimiz kimi 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib. Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Newscenter.az xəbər verir ki, bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, ermənilər törətdikləri təxribatları ilə həddi aşdı:

"Fevralın 12-də saat 13:37-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində bir hərbi quluqçumuz yaralanıb. Ermənilərin törətdiyi təxribat cavabsız qalmayıb. Belə ki, Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib və yaralanan hərbi quluqçumuzun intiqamı alınıb.Ermənistan yenə vədinə xilaf çıxaraq təxribata əl atdı. Bütün bu təxribatlar bir daha sübut etdi ki, Ermənistana inanmaq olmaz".

Deputat vurğulayıb ki, Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalşır:

"Son zamanlar Ermənistan sülh prosesini ləngitməyə yönəlmiş təxribatlar atmaqdadır. Bütün təxribatlar sübut edir ki, Ermənistan düşmənçilik niyyətindən əl çəkmək istəmir və buna görə də məqsədyönlü şəkildə təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Ermənistanın bütün təxribatlarını regionda baş verən proseslər kontekstində qiymətləndirməsi vacibdir. Bu gün Ermənistan regionda vəziyyəti gərginləşdirməklə sülh sazişinin imzalanmaqdan boyun qaçırmağa çalışır. Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin yaradılması istiqamətində çox mühüm addımlar atmaqdadır. Ermənistan təxribat xarakterli əməllərinə birdəfəlik son qoymalı və Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamalıdır.

Yaxşı olar ki, ermənilər 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərini və Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatlarını unutmasınlar. Təxribatların davam etməsi Ermənistan üçün yaxşı nəticələnməyəcək. Qaldı ki, yenidən müharibənin başlanmasına, təxribatlar davam edərsə Azərbaycan yenidən hərbi əməliyyatlara başlaya bilər. Amma ümid edək ki, Ermənistan hakimiyyəti səhvlərindən nəticə çıxarıb, regionda vəziyyəti gərginləşdirəcək addımlar atmayacaq".(sonxeber.az)
Xəbəri paylaş