"Donald Trampın yenidən Amerika prezidenti seçilməsi Ermənistan üçün arzuedilən deyil və qorxuludur".
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. Onun sözlərinə görə, Trampın dövründə ABŞ heç bir müharibəyə başlamasa da, amma onun dövründə Ermənistan-Azərbaycan müharibəsi baş verdi:
"Hesab edirəm ki, bu da ABŞ-ın icazəsi olmadan baş verə bilməzdi. Tramp bu müharibəni dəstəkləyib. Bütün bunlardan dolayı düşünürəm ki, Trampın yenidən prezident seçilməsi Ermənistanda riskli ola bilər".
Stepan Danielyanın sözlərinə görə, Trampın İsrail və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da münasibətləri yaxşı olub və bu münasibətlər Ermənistan-Azərbaycan müharibəsinə təsirsiz ötüşməyib.
Mehman Mehdiyev