Ermənistanın şərti dövlət sərhədi boyunca yenidən təxribatlara əl atması, Azərbaycan Ordusunun mövqelərini atəşə məruz qoyması onu deməyə əsas verir ki, bu ölkə heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır deyil. Əks halda vəziyyəti gərginləşdirməkdən daha çox, sülh müqaviıəsi üzərində işləməyə üstünlıük verərdi. Elə politoloq Yusif Bağırzadə də belə düşünür.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, sülh sazişi imzalamaq Ermənistanın öz əlində deyil. Onun sözlərinə görə, regionda maraqlı olan müxtəlif dövlətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmamasını fürsət olaraq görürlər:
"Onlar düşünürlər ki, istənilən vaxt bu münasibətləri yenidən kəskin fazaya keçirərək "Ermənistanın təhlükəsizliyi" adı ilə regiona öz qüvvələrini yerləşdirə bilərlər. Avropa İttifaqının müşahidə missiyasının yerləşdirilməsi, onun sayının artırılması, eləcə də həmin qrupun tərkibində kəşfiyyatçıların və keçmiş jandarmanın olması bunun başlanğıcı idi. Onlar faktiki olaraq, Ermənistanda möhkəmlənməyə cəhd edirlər. Ona görə də mütəmadi olaraq Nikol Paşinyana təzyiq edirlər. Odur ki, Ermənistan sülh sazişi imzalamaq istəyirsə ilk növbədə öz xarici havadarlarının boyunduruğundan azad olmalıdır.
Amma biz görürük ki, Ermənistan nəinki bu istiqamətdə real addımlar atmır, əksinə yeni sərhəd təxribatları ilə münasibətləri daha da dərinləşdirir. Odur ki, indiki mərhələdə sülh sazişinin imzalanmasından danışmaq hələ tezdir. Hansısa çərçivə sazişi imzlana bilər, amma bunun üçün də Ermənistanın öz üzərinə konkret öhdəliklər götürməsi lazımdır".
Süleyman