"Finlandiya beynəlxalq tərəfdaşları ilə birlikdə Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması prosesinə öz töhfəsini verməyə çalışacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Finlandiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narineni bu ölkənin parlament sədri Alen Simonyanla görüşündə səsləndirib.
Səfir Helsinkinin bundan sonra da qeyd edilən istiqamətdə fəaliyyətini davam etdirəcəyini deyib.
Görüş zamanı tərəflər dövlətlərarası və parlamentlərarası əməkdaşlığın təşviqi vasitəsilə Ermənistan və Finlandiya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıblar.
Mehman Mehdiyev