Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk birliyinin potensialı ilə bağlı mövcud vəziyyət dəyərləndirilib

Türk birliyinin potensialı ilə bağlı mövcud vəziyyət dəyərləndirilib


EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmət Eren Türkmənistanın Ankaradakı səfiri cənab Mekan İşanquliyev ilə görüşüb.

Bu barədə Newscenter.az-a məlumat verən Hikmet Eren deyib ki, görüşdə İki qardaş ölkə arasında çoxşaxəli mədəni və iqtisadi əlaqələrin möhkəmlənməsinə diqqət çəkilib. EkoAvrasiya Fondunun rəhbərliyi ilə 2024-cü ildə keçirilməsi planlaşdırılan proqramlar və iş qrafiki, xüsusilə Türkiyə və Türkmənistanın qlobal təsiri və Türk birliyinin potensialı ilə bağlı mövcud vəziyyət dəyərləndirilib.

Bildirilib ki, Türkiyə ilə Türkmənistan arasındakı qardaşlıq bağları tarix boyu çətinlikləri birlikdə aşmış və möhkəmlənməyə davam edib. Qeyd olunub ki, Türkiyə ilə Türkmənistan arasındakı bu möhkəm əlaqələr günü-gündən dərinləşsin və ortaq məqsədlərə çatmaq üçün birlikdə irəliləsin.

Hikmet Eren səfir cənab Məkan İşanquliyevə göstərdiyi qonaqpərvərliyə, iki ölkə arasında dostluq və əməkdaşlığın daimi qalması ümidi ilə təşəkkür edib.

Süleyman
Xəbəri paylaş