Özbəkistan və Qazaxıstan vəhşi təbiətin mühafizəsini birgə həyata keçirəcək. Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müvafiq sənəd də imzalanıb.
İki ölkə arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Astana və Daşkənd
Ustyurt yaylasında vəhşi təbiətin mühafizəsini birgə həyata keçirəcək.
Memorandum Ustyurt yaylasında vəhşi heyvanların transsərhəd populyasiyalarının və onların köçəri növlərinin mühafizəsi üzrə birgə işçi qrupunun yaradılmasını və yol xəritəsinin hazırlanmasını nəzərdə tutur.
Qeyd edək ki, Ustyurt yaylası Mərkəzi Asiyanın qərb hissəsində üç ölkənin - Qazaxıstan, Özbəkistan və Türkmənistanın ərazisində yerləşir.
Sona