Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri prezidentə təbrik ünvanlayıb

QHT sədri prezidentə təbrik ünvanlayıb


“Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik ünvanlayıb.

Newscenter.az xəbər verir ki, təbrikdə deyilir:

Cənab Prezident!

Sizi fevralın 7-də ölkədə keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmanız münasibətilə şəxsən öz adımdan və təşkilatımızın adından ürəkdən təbrik edir, Sizə bundan sonrakı fəaliyyətinizdə uğur və nailiyyətlər arzulayıram.

Möhtərəm Prezident!

7 fevral seçkiləri təkcə sıradan bir siyasi hadisə deyildi, bu eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü təsbit edən, onu dünyaya nümayiş etdirən tarixi əhəmiyyətli hadisə idi. 7 fevral seçkiləri ilk dəfə Azərbaycan Respublikasının bütün ərazilərində keçirilən seçki kimi tarixə düşdü. Bu tarixi isə məhz Siz yazdınız. Sizin ötən 21 il ərzində uğurla həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsində buna nail olduq, xalqımız bu sevinci yaşadı. 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən başlıca amillərdən biri Sizin Ali Baş Komandan kimi tarixi Zəfərə imza atmağınız oldu. Məhz Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu 30 illik işğala, 200 illik erməni yalanlarına son qoyaraq tarixi ərazilərimizdə suverenliyimizi bərpa, şəhər və kəndlərimizi işğaldan azad etdi. Məhz Siz Azərbaycan dövləti və xalqı üzərindən damğanı götürüb başımızı dikəltdiniz. Bir vaxtlar beynəlxalq tədbirlərdə boynu bükük, qəddimiz əyilmiş halda iştirak etdiyimiz halda, bu gün həmin tədbirlərdə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq alnımız açıq, məğrur, başımız dik gəzirik. Bütün bunlara görə isə Sizə borcluyuq.

Cənab Prezident!

Bir daha Sizi seçkilərdə qələbə münasibətilə təbrik edir, Sizə Azərbaycanın daha da inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram".

Anar Əliyev
Xəbəri paylaş