Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda şəriət prinsiplərinə əsaslanan maliyyə institutu yaradılacaq

Qırğızıstanda şəriət prinsiplərinə əsaslanan maliyyə institutu yaradılacaq


Qırğızıstanda şəriət prinsiplərinə əsaslanan maliyyə institutu açılacaq.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bu barədə Qırğızıstan prezidenti Sadir Japarovla Dubay İslam Bankının sədri Məhəmməd Əl-Şaybani arasında keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

Görüş zamanı iri investisiya layihələrinin birgə həyata keçirilməsi, o cümlədən islam maliyyələşdirməsi prinsipləri əsasında bank xidmətlərinin inkişafı məsələləri də müzakirə olunub.

Qırğızıstan Prezidenti qeyd edib ki, 1975-ci ildə açılmış Dubay İslam Bankının təcrübəsi islam maliyyələşdirmə xidmətlərinin təkmilləşdirilməsinə mühüm töhfə olacaq.

“Qırğızıstan öz işini ciddi şəkildə şəriət normalarına uyğun aparan tam hüquqlu maliyyə qurumunun açılmasında maraqlıdır. Bu məqsədlər üçün ölkədə qanunvericilik bazası var və bu cür maliyyə xidmətlərinə maraq güclüdür”, - deyə Japarov bildirib.

Anar Əliyev
Xəbəri paylaş