Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək

Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək


Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Newscenter.az xəbər verir ki, səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak edəcək, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Deputatların səfəri fevralın 17-də başa çatacaq.

Süleyman
Xəbəri paylaş