Bakıda üç ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsin adı daha iki qətldə hallanır.
Newscenter.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
"Davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib", - DİN-in məlumatında deyilir.
Mehman Mehdiyev