Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəkil peşə fəaliyyəti zamanı nəyə diqqət yetirməlidir?

Vəkil peşə fəaliyyəti zamanı nəyə diqqət yetirməlidir?


Vəkillərin əsasən peşə fəaliyyətləri zamanı hansı tələblərə əməl etməli olduqları günümüzdə əsas maraq doğuran sullardandır. Bəzən vəkillərin öz peşə fəaliyyətindən kənar addım atdıqları iddia olunur. Bəs görəsən vəkillər peşə fəaliyyəti zamanı əsas nəyə diqqət etməlidirlər?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyib ki, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir.

Onun sözlərinə görə, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir:

"Yalnız qanunun tələblərini rəhbər tutmalıdır. Hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir"

Vəfa Qədirova bildirib ki, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır:

"Vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir. Vvəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir;

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” AR-nın qanunlarından irəli gələn tələblərə əməl etməlidir.

Hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş fiziki və hüquqi şəxslərə məxsus və iddia obyekti olan əmlakın və hüquqların vəkil tərəfindən öz adına və ya başqa şəxslər üçün alınması və başqa yolla əldə edilməsi qadağandır".

Nərgiz Əzizova
Xəbəri paylaş