Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yenidən müharibə ehtimalı yox deyil

Yenidən müharibə ehtimalı yox deyil


Fevralın 12-də Azərbaycan və Ermənistan arasında şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonu ərazisində yerləşən mövqelərini atəşə tutulub və təxribat nəticəsində bir nəfər Azərbaycan hərbiçisi boğaz nahiyəsindən ciddi şəkildə yaralanıb.

Baş verənlərlə bağlı fikirlərini Newscenter.az-la bölüşən siyasi ekspert Çingiz Şahbazi deyib ki, əslində Ermənistan tərəfindən həyata keçirilən təxribatın arxasında İrəvanın son vaxtlar silahlandırılmasına maraqlı olan bəzi ölkələrin pozuculuq siyasəti durur və bu səbəbdən onların təlimatları nəticəsində baş vermiş təxribat xarakterli hadisələr həyata keçirilir:

"Burda məqsəd aydındır və çox böyük ehtimalla bu hadisə tərəflər arasında münasibətlərin yenidən gərginləşməsini istəyən qüvvələrin işidir. Təxribatların davam edib etməyəcəyi, Ermənistan hakimiyyətinin insidentlə bağlı apardığı araşdırma və yaxud da hansısa addımlar nəticəsində məlum ola bilər. Amma necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Biz bütün vəziyyətləri uğurlu şəkildə öz nəzarətimizdə saxlamağa imkan saxlamalıyıq".

Çingiz Şahbazi deyib ki, İrəvanın arxasında duran ölkələr, erməni havadarları göz görə-görə Ermənistanı Azərbaycana qarşı müharibəyə itələyirlər:

"Düşünürəm ki, yenidən müharibənin başlanması ehtimalı azdır, amma yox deyil. Bu qarşı tərəfin, yəni Ermənistanın siyasi baxımdan sabit olmayan siyasi qüvvələrinin atdığı addımlardan daha çox asılıdır".

Anar Əliyev
Xəbəri paylaş