“Türkiyə ilə güclü əlaqələr Amerikanın xeyrinədir. Türkiyə Amerika üçün əvəzolunmaz müttəfiqdir".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu fikirləri Birləşmiş Ştatların Türkiyədəki fğvqəladə və səlahiyyətli səfiri Ceff Flake deyib.
Səfir Fleyk ABŞ Konqresinin F-16 təyyarələrinin Türkiyəyə satışına razılıq verməsinin tərəflər üçün çox vacib və mənalı olduğunu bildirib. O, bu təsdiqin iki ölkənin güclü ikitərəfli münasibətlərə uyğun olduğuna dair öhdəliklərinə işarə etdiyini bildirib.
Fleyk Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə toxunaraq, “Türkiyə 2014-cü ildə Rusiyanın Ukraynaya ilk müdaxiləsindən bu yana Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi qəti dəstəyini davam etdirir” deyə söyləyib.
Mehman Mehdoyev