Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Müstəqil Sənayeçilər və İş Adamları Birliyinin (MÜSİAD) Tbilisi filialının rəhbəri İzzət Yaprak və bir sıra MÜSİAD üzv şirkətlərinin nümayəndələri ilə görüşüb.
Newscenter.az-a səfirlikdən bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Gürcüstan tərəfindən birgə həyata keçirilən layihələr və irəli sürülən təşəbbüslər, Azərbaycan şirkətlərinin Gürcüstanda fəaliyyəti və həmin şirkətlərlə MÜSİAD üzvləri arasında mümkün əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə səfirə məlumat verilib ki, MÜSİAD öz çətiri altında dünyanın 60 mindən çox müəssisəsini birləşdirən Türkiyənin qeyri-hökumət təşkilatıdır.
Natiq Orucov