Çimərlik voleybolu üzrə Azərbaycan yığması Misirə gedəcək.
Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, məqsəd çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlar arasında Avropa çempionatında iştirak etmək üçün hazırlıq prosesindən keçməkdir.
Federasiyadan bildirilib ki, bu məqsədlə komandamız bu gün Şarm əl Şeyx şəhərinə yola düşüb.
Çimərlik voleybolçularımız burada rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi ilə 14 gün təlim-məşq toplanışı keçəcəklər.
Komandamız bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.
Təlim-məşqlərə 6 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.
Qeyd edək ki, AVRO-2024 (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində baş tutacaq.
Oruc Niyazov