Fevralın 13-də Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda seçicilərimin növbəti qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bidirib ki, qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinlərini qəbul edib, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlanıb:
"Əsasən işsizlik və məşğulluq məsələləri ilə bağlı problemləri səsləndirən seçicilər, illərdir işlə bağlı qeydiyyata alındıqlarını, lakin texniki işlə belə təmin edilmədiklərini bildirdilər. Vətəndaşlar bu məsələdə köməklik göstərilməsini xahiş etdilər. Habelə əlillik, pensiya problemlərini qeyd etdilər".
Süleyman