Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Bankının nümayəndələri Ermənistanın mina terrorunun ağır nəticələri barədə məlumatlandırılıb

Dünya Bankının nümayəndələri Ermənistanın mina terrorunun ağır nəticələri barədə məlumatlandırılıb


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının nümayəndə heyəti iə görüşüb.

Newscenter.az-a daxil olan xəbərə görə, qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində komitə tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa quruculuq işləri məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə doğma yurda geri qayıdışına şərait yaradır. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqəti və qayğısı sayəsində məcburi köçkünlərin sosial müdafiəsinin təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində də zəruri tədbirlər ica edilir.

Qonaqlar, həmçinin, Böyük Qayıdışı ləngidən hal kimi işğal dövründə və sonrakı mərhələdə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi mina terrorunun ağır nəticələri barədə də məlumatlandırılıb.

Dünya Bankının nümayəndələri – Azərbaycan ofisinin rəhbəri Steffi Stallmayster, Avropa və Mərkəzi Asiya regionu üzrə baş müşavir Adam Şayn, sosial inkişaf üzrə mütəxəssis Alkadevi Patel görüşün təşkilinə və ətraflı məlumata görə minnətdarlıq bildirib, məcburi köçkünlərlə bağlı əməkdaşlığın əhəmiyyətini qeyd edib və bundan məmnunluqlarını ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Süleyman
Xəbəri paylaş