“Azərbaycan Ordusu ildə 10 dəfədən çox hərbi təlim keçirir, Ermənistanda isə bu istiqamətdə vəziyyət sıfıra bərabərdir. Bu bir reallıqdır".
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib. O qeyd edib ki, müharibənin bitmədiyini dərk etməliyik:
"Bunu əvvəllər də demişəm, indi də deyirəm. Ancaq onu da nəzərə almaq lazımdır ki, Ermənistan müharibə başa çatdıqdan sonra düz 2,5 il silah ala bilmədi".
Hayk Nahapetyan qeyd edib ki, dövlətçiliyimizi itirməyimiz son itkimiz olacaq:
"Hesab edirəm ki, Azərbaycan variantını nəzərdən keçirir ki, Ermənistan ümumiyyətlə regionda olmamalıdır".
Anar Əliyev