Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan istiqamətində törədilən təxribatın pərdəarxasında gizli olan məqamları

Zəngilan istiqamətində  törədilən təxribatın pərdəarxasında gizli olan məqamları


"Ermənistan silahli qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində hərbiçimizim yaralanması antiterror tədbirlərindən sonra yaşanan ilk ciddi insidentdir. Təbii ki, təxribat ətrafında bir sıra ehtimallar irəli sürülür və hər birinində müəyyən qədər doğruluq payı vardır. Lakin diqqəti çəkən daha bir məqam təxribatın baş verdiyi yerlə bağlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, insidentin Zəngilan istiqamətində yaşanması diqqət edilməli vacib nüanslardan biridir:

"Bilindiyi kimi yanvarın 29- da Avropa İttifaqı-Mərkəzi Asiya Nəqliyyat Forumunda Asiyanı Avropaya birləşdirəcək Transxəzər Nəqliyyat Dəhlizinə ilkin olaraq 10 milyard avro sərmayə qoyulması qərarı verildi. Avropa İttifaqının Mərkəzi Asiyaya nəqliyyat dəhlizi əldə etməsində Azərbaycan əsas halqadır və tək alternativsiz ölkə mövqeyinə malikdir. Rəsmi Bakı Gürcüstan marşrutuna alternativ kimi Zəngəzur dəhlizi layihəsini irəli sürür və bu təklif Mərkəzi Asiya ölkələri tərəfindən də müsbət qarşılanır. Bu isə ümumi aspektdə Zəngəzur koridorunun lokal, regional və interkontinental müstəvidə olan əhəmiyyətini göz önünə sərir. İrəvan rəhbəriliyidə məhz bu faktdan narahatdır və dəhlizin Brüssel üçün aktuallaşması reallığı onları tədirgin edir. Bu səbəbdən Zəngilan rayonu istiqamətində mümkün eskalasiyaya ssenarisi Zəngəzur dəhlizi layihəsini etibarsızlaşdırmaq üçün hesablanıb və hesab edirəm ki, rəsmi İrəvan təxribat törətməklə dəhlizlə bağlı görülən işləri sabotaj etməyə çalışır".

Pərviz Mirizadənin sözlərinə görə, digər bir ehtimal isə hər zaman olduğu kimi Fransa faktoru ilə bağlıdır:

"Bir neçə gün öncə Aİ Şurasının prezidenti Şarl Mişel cənab Prezident İlham Əliyevə təbrik zəngində Brüssel formatında görüşlərin davam etdirilməsini təklif etdi və ölkə başçısıda öz növbəsində üçtərəfli danışıqlara müsbət yanaşdığını qarşı tərəfə bildirdi. Bu addım cənab prezident tərəfindən Fransanın danışıqlar prosesində növbəti dəfə neytrallaşdırılması kimi qəbul olunmalıdır. Bu fakt isə regional maraqları kontekstində Paris üçün arzuolunmaz gedişatdır. Makron administrasiyası Ermənistanla Azərbaycan arasında hərbi gərginliyin artmasında maraqlıdır. Onlar Ermənistanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməklə Rusiyanı əvəzləmək planları qurur və bu istiqamətdə KTMT İrəvanı müdafiə edə bilmir görüntüsü formalaşdırmaq zəruridir. Məhz Zəngilan istiqamətində törədilən təxribatın pərdəarxasında gizli olan məqamlardan biri də Fransa faktorudur".

AVP rəsmisi hesab edir ki, lakin bu kimi addımlar Ermənistanın dövlət varlığını sual altına qoyur:

"Görünür rəsmi Paris Ermənistanı qurban verməkdən çəkinmir. Əslində ölkə başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı Paris-İrəvan ikilisini xəbərdar etmişdi. Ancaq qarşı tərəf dört hərbçisinin həyatı hesabına bizim gücümüzü sınaqdan keçirməyə cəhd etdi. Lakin mövcud reallıq ondan ibarətdir ki, Ermənistanın silahlandırılması Azərbaycanın hərbi gücü və silahlanma tendensiyası ilə bir ölçüdə deyil. Ölkə rəhbəri bu istiqamətdə zəruri olan bütün addımları atır və siyasi iradə nümayiş etdirir. Müzəffər Ali Baş komandanın fevralın 9-da silahlanmaya yeni qəbul olunmuş -"Akıncı" hücum pilotsuz uçuş aparatlarına baxış keçirməsi, Azərbaycanın silah inventarının müasirliyinin və vuruş gücünün nümayişi idi".

Süleyman
Xəbəri paylaş