Ermənistanın Silahlı Qüvvələrində ciddi kadr islahatları həyata keçirilib.
Newscenter.az aysor.am-a istinadən bildirir ki, prezident Vaaqn Xaçaturyanın imzaladığı sərəncam əsasında Temur Şahnazaryan Silahlı Qüvvələrin Rabitə və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad edilib. O, Silahlı Qüvvələrin Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.
Ermənistan Prezidentinin digər sərəncamı ilə Vigen Mkrtçyan Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri İdarəsinin rəisi təyin edilib. Vaçaqan Nersesyan isə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Hazırlıq İdarəsinin döyüş hazırlığı şöbəsinin rəisi vəzifəsindən azad edilib. Həmin vəzifəyə Davit Aleksanyan təyin edilib.
Silahlı Qüvvələrin Baş Qərargahının strateji planlaşdırma idarəsininə rəis isə Armen Seyranyan təyinat alıb.
Mehman Mehdiyev