Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın həyata keçirdiyi təxribatın arxasında daha çox xarici amillər dayanır

Ermənistanın həyata keçirdiyi təxribatın arxasında daha çox xarici amillər dayanır


"Ermənistanın şərti dövlət sərhədində həyata keçirdiyi təxribatın arxasında daha çox xarici amillər dayanır. Məqsəd isə Azərbaycanı təxribata çəkməklə yeni müharibəyə rəvac vermək və paralel olaraq özlərinin də həmin müharibədə iştirakına zəmin yaratmaqdır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bir neçə gün əvvəl Ermənistanda yerləşdirilmiş Avropa İttifaqının Müşahidə Missiyasının Çexiyadan olan nümayəndəsinin Azərbaycan sərhədini keçməsi də təsadüfi deyildi və həmin planın tərkib hissəsi idi6

"Düşünürdülər ki, Azərbaycan tərəfi sərhədi keçən çexiyalı missiya üzvünə atəş açacaq və bununla da beynəlxalq skandal yaranacaq. Nəticə etibarilə başda Fransa və Almaniyanın yer aldığı Mülki Müşahidə Missiyası yerini tam mənada hərbi birləşmələrə verəcək və bununla da Azərbaycan şərti sərhəd boyunca təsir altında saxlanılacaq. Həmin məkirli plan Azərbaycanın sayıqlığı və təmkinli davranışı səbəbindən baş tutmadığı üçün indi də atəşkəsin pozulması təxribatına əl atıldı".

Arzuman Muradlı hesab edir ki, Avropa İttifaqı Cənubi Qafqazda gərginliyin davam etməsi və hərbi qarşıdurmanın yenidən alovlanmasını istəyir.

Süleyman
Xəbəri paylaş