Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Köçəryan yenidən istintaqa cəlb edilir

Köçəryan yenidən istintaqa cəlb edilir


Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, Milli Assambleyanın “Ermənistan” fraksiyasının üzvü Levon Köçəryan istintaqa çağırılıb.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, Köçəryanın işi yenidən qaldırılıb. Onun istintaq materialları Karen Farxoyana həvalə edilib. Xatırladaq ki, deputatın dostu Sergey Asaturov da bu işlə məşğuldur. Levon Köçəryanın yenidən İstintaq Komitəsinə dəvət edilməsinə səbəb kimi sabiq prezidentin son vaxtlar siyasi fəallığının artması göstərilir və iddia edilir ki, Robert Köçəryana təzyiq göstərmək və onu siyasi çevrələrdən uzaqlaşdımaq üçün oğlunun işi yenidən qaldırılıb. Fevralın 8-də İstintaq Komitəsinə çağırılan oğul Köçəryana bir neçə saat sorğu-sual ediləndən sonra o, sərbəst buraxılmışdı

Qeyd edək ki, Levon Köçəryan hökumət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

Mehman Mehdiyev
Xəbəri paylaş